
Nə əkərsən,
onu da biçərsən.
Doğru toxum, peşəkar qayğı, bərəkətli torpaq.
Əkindən biçinə qədər fermerlərin yanındayıq.

Bərəkətli sabah
bu gündən başlayır.
TAM-AGRO MMC 2021-ci ildən kənd təsərrüfatında fəaliyyət göstərir. Fermerləri keyfiyyətli toxumlarla təmin edir, torpağın məhsuldarlığını və dayanıqlı kənd təsərrüfatını dəstəkləyirik.
Toxum seçimi və təsərrüfatınıza uyğun aqronom məsləhəti.
Məhsullar, aqrotexniki qulluq və satışın təşkilinə dəstək.
Hər toxumda bir gələcək.

Arpa toxumları
İki və altı sıralı arpa çeşidləri.

Buğda toxumları
Yerli və xarici buğda çeşidləri.

Qarğıdalı toxumları
Dekalb hibrid qarğıdalı toxumları.

Yonca toxumları
Yem bitkiləri üçün yonca çeşidləri.
Hər mərhələdə
sizinlə.
Torpağı tanımaqdan məhsulu toplamağa qədər təsərrüfatınıza uyğun həllər.

01Aqronom xidməti
Təsərrüfatınıza uyğun toxum seçimi və gübrələmə proqramının hazırlanması üçün aqronom məsləhəti.
02Torpaq analizinin təşkili
Torpağın strukturu, duzluluğu, pH səviyyəsi və qida elementləri haqqında məlumat əldə edin. Analiz nəticələri sahənin gübrə tələbatını müəyyənləşdirməyə kömək edir.
03Aqrotexniki qulluq
Şumdan biçinə qədər kənd təsərrüfatı işlərinin texnika və aqreqatlarla yerinə yetirilməsi.
04Məhsul satışına dəstək
Yetişdirdiyiniz məhsulun bazarda satışının təşkilinə kömək edirik. Əkindən məhsul satışına qədər fermerlərin yanındayıq.
